AzNews.az xəbər verir ki, bu barədə müğənninin özü məlumat verib. “Əsgərəm, evə gedə bilmirəm” adlı mahnının sözləri də elə şəhidin özünə, Orxan Əliyevə məxsusdur:
“Orxan bu şeri ölümündən qabaq anasına yazıb. Mən də o şerə mahnı bəstələdim. Mahnı kliplə birlikdə təqdim olunacaq.”
Orxan Əliyev 2013-cü ilin dekabrın 11-də hərbi xidmətinin başa çatmasına 6 ay qalmış şəhid olub.
Bahar RÜSTƏMLİ
AzNews.az