2020-ci ildə Bakı Avropa çempionatına ev sahibliyi edəcək

4 Fevral 2017 14:49 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışma Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci il Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən Avropa Çempionatlarında da Tokio-2020-yə lisenziya oynanılır.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) məhz lisenziya xarakteri daşıyan Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə Dünya Çempionatı təşkil edəcək.