Bu insanlar daha çox pul qazanır - Əgər barmaqları...

4 Fevral 2017 19:11 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, tədqiqatda yaşı 25-60 arasında olan 2 min adam iştirak edib. Mütəxəssislər könüllülərin barmaqlarının uzunluğunu ölçüblər. Sonra iştirakçılar gəlir səviyyəsi barədə suallara cavab veriblər. Tədqiqatçılar nəticələrə təsir göstərə biləcək amilləri nəzərə alıblar. Məlum olub ki, qadınların şəhadət və adsız barmaqları arasında nisbət nə qədər kiçikdirsə, onların pul qazanmaq bacarığı bir o qədər güclüdür.

Müəyyən edilib ki, şəhadət barmağı adsız barmağından qısa olan güclü cinsin nümayəndələrinin gəlir səviyyəsi yüksəkdir. Şəhadət barmağı adsız barmağından uzun olan kişilər arasında yalnız təhsil səviyyəsi yüksək olanlar seçiliblər. Onlar da yaxşı pul qazanıblar.