Millət vəkilinin üsyanı- “Apteklərdə dərman yoxdur”

7 Fevral 2017 11:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, aptekə dərman almağa girib və orada satıcı xanımların fəryad qopardığını qeyd edib:

“Deyirlər ki, "artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi “Цитрамон”, “Корвалол”, “Валериана”, vitaminlər, heç nə yoxdur. Xahiş edirik bizə kömək edin." Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər.”

Fazil Mustafa qeyd edib ki, icbari tibbi sığorta olmadığından minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur: “Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təhcizatında ciddi dönüş yaradılmalıdır.”

Deputat insanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az