Muğam Televizya müsabiqəsində münsif olmasından xəbərsiz olan - Əlibaba Məmmədov

7 Fevral 2017 12:33 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, muğam ifaçısı Əlibaba Məmmədov adının Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin üzvləri arasında olmasına münasibət bildirərkən deyib. O, müsabiqə ilə bağlı aparılan seçim turundan da xəbərsiz olduğunu bildirib:

Mən xəstəyəm, evdən çıxa bilmirəm. Təzyiqim çox yükəsdir, heç danışa bilmirəm. Mənim hələ bu olanlardan xəbərim yoxdur. Əgər səhhətim yol verərsə, iştirak edərəm.”

Əlibaba Məmmədovun sözlərinə görə, münsiflər heyəti bölgələrdə seçim turunu başa vurandan sonra onu müsabiqəyə dəvət edir.

Müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Bahar RÜSTƏMLİ

AzNews.az