Atam Çovdarova 350 min dollar verib - Zərərçəkmiş

8 Fevral 2017 18:41 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Kürdəmir rayon bələdiyyə sədri Nofəl Qasımov vəkillərin sualların cavablandırıb. Bildirib ki, istintaqda verdiyi ifadə təhrif edilib. O, həmin ifadəni təkzib edərək bildirib ki, A. Çovdarovu tanımayıb və onun kiməsə hədə-qorxu gəldiyini bilmir.

Daha sonra iclasda "Texnikabank" ASC-nin Səbail rayon filialının müdiri olmuş Elton Əliyev zərərçəkmiş şəxs qismində ifadə verib. O, bildirib k, 2007-ci ildə MTN-ə çağırılıb və hansısa mərtəbəyə qaldırılıb. Orada onu sorğu-sual edib buraxıblar. Sonradan ona məlum olub ki, MTN əməkdaşları atasından 500 min dollar pul istəyiblər. Atası da A. Çovdarova 350 min dollar pul verib.

Həmin məsələyə münasibət bildirən A. Çovdarov şahidin ifadəsini təkzib edib. Bildirib ki, həmin vaxt o, birinci mərtəbədə oturub və Antiterror Mərkəzində işləyib. Həmin mərkəzin isə banklarla heç bir əlaqəsi olmayıb.

Proses fevralın 13-də davam edəcək.