İtaliyada oğurlanmış maşın Azərbaycana necə gəlib çıxdı? - Şok təfərrüat - Video

8 Fevral 2017 22:07 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, 10 min manata aldığı avtomobil 8 il əvvəl İtaliyada oğurlanaraq satılıb.

Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən avtomobil alıb. Pulu ödəyib və avtomobili öz adına keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobil Rüstəm Əliyevin adına keçiriblər.

Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğu deyilib.

Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı yol polisi onu adına sənədləşdirməzdi. Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.