Dəm qazı daha bir can aldı

9 Fevral 2017 09:26 (UTC+04:00)

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 52 yaşlı Xalidə Ömər qızı Əzizova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az