Çingizin qardaşı prezidentlə görüşdən danışdı - “Təhsilimlə maraqlandılar”

9 Fevral 2017 14:07 (UTC+04:00)

B. Qurbanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, görüşdə qardaşının qəhrəmanlığından bəhs edilib: “Prezidentlə görüşənə qədər qısa müddət gözlədik. O vaxt ərzində mənim təhsilim və digər bütün məsələlərlə bağlı bizimlə maraqlandılar. Ölkə başçısı ilə qəbulda isə söhbət Çingizin qəhrəmanlığı, ona təqdim edilən medalla bağlı oldu”.

Qeyd edək ki, Beytulla Qurbanov AZTU-da ödənişli təhsil alır.

Təhsil xərclərinin qarşılanması məsələsinə gəlincə isə, Beytulla Qurbanov bunları deyib:

“İnşallah kömək edərlər. Biz indi o haqda düşünmürük. Hələ ki, yas mərasimi davam edir”.

AzNews.az