Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək - Rəsmi açıqlama

9 Fevral 2017 16:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə verdiyi müsahibəsində məlumat verib.

“İdeya mən Moskvada olduğum zaman səsləndi. Sergey Viktoroviç (Lavrov) Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdi. Dedim ki, buyurun, mən hazıram”, -deyə Məmmədyarov qeyd edib.

Azərbaycan XİN rəhbəri bildirib ki, dəqiq tarix hələ ki, məlum deyil:

“Bu, qrafiklərinin razılaşdırılmasını tələb edir. Hələlik bizə konkret müddət üzrə təkliflər daxil olmayıb. Amma bizim prinsipial razılığımız var”.

Aydan AXUNDOVA