44 yaşlı kişi işdən çıxarkən bıçaqlandı - Bakıda

10 Fevral 2017 10:21 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Savalan yaşayış sahəsində ot bazasında çalışan 1973-cü il təvəllüdlü Əliyev Maarif Mirzağa oğlu işdən çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb. Ona üç bıçaq zərbəsi vurulub. M.Əliyev müvazinətini itirərək yıxılıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralının iş yoldaşları xəstəxanaya yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

AzNews.az