400 delfin özünü sahilə vurdu - Video

10 Fevral 2017 14:09 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin ehtimala görə, təxminən 300 heyvan həlak olub.

Hazırda Faruelldə yüzlərlə könüllü toplaşıb. Onlar təxminən 50 heyvanı suyun dərinliklərinə doğru apara biliblər. Təxminən 100-ə yaxın sağ qalan qrind-delfini sahildə qalıb. İnsanlar onların üzərini parçalarla örtüb. Heyvanı günəş şüalarından qorumaq üçün bu parçaları müntəzəm olaraq sulayırlar. Axşam vaxtı suyun artımı gözlənildiyi üçün heyvanların dərinliklərə gedə biləcəyi və xilas olacaqlarına dair ümid var.

Müxtəxəssislər hələ ki qrind-delfinlərin kütləvi şəkildə sahilə çıxmasının səbəbini tapa bilməyiblər. Fərziyələrdən birinə görə, sürünün başçısı yorulduğu üçün oriyentasiyasını itirib və digərlərini də kiçik sulara doğru çəkib.

Qrindlərin uzunluğu 4-8 metr arası, çəkisi isə təxminən 800 kiloqram olur.