İki kişi özünü bıçaqladı

10 Fevral 2017 16:46 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb.

Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib

Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.

Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az