Bakı Hava Limanında oğurluq

11 Fevral 2017 13:18 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də H.Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 ABŞ dolları, 90 Türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.