Hakerlər bankdan 3 milyon oğurladılar - Azərbaycanda

11 Fevral 2017 20:23 (UTC+04:00)

Bu barədə virtualaz.org-a bir-birindən xəbərsiz iki ayrı bank mənbələrindən məlumat daxil olub.

Xəbərə görə, hakerlər “unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar.

Hadisə başa çatmaqda olan həftənin əvvəlində baş verib, məlumat gizli saxlanılıb. Jurnalistlər baş vermiş olayın təfərrüatlarını öyrənmək istədikdə, “DəmirBank”ın marketinq direktoru Anar Bayramov qeyd edib ki, haker hücumu ilə bağlı informasiyaya malik deyil.

AzNews.az