Məşhur dizayner Trampa etiraz etdi - alt paltarıyla - Fotolar

12 Fevral 2017 22:02 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York moda həftəsində iştirak edən Meksika əsilli modelyer Raul Solis Donald Trampa öz etirazını nümayiş etdirib. Calvin Klein moda evinin dizayneri podiuma çıxan modellərə “Cəhənnəm olsun sənin divarın”, “Qadağaya yox, divara yox” yazılı ağ rəngli tumanlar geyindirib.

“Mən siyasətdən uzaq olsam da, baş verənlərə laqeyd qala bilməyəm” ,- dizayner belə deyib.

Qeyd edək ki, Donald Tramp ABŞ-ı qeyri-leqal miqrantlardan qorumaq üçün Meksika ilə sərhəddə divar tikmək istəyir.