2 otaqlı ev yandı

13 Fevral 2017 09:49 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 5:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.