Hamilə Beyonce “Grammy-2017”yə damğa vurdu – Fotolar

13 Fevral 2017 11:33 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, əkiz uşağa hamilə olan Beyonce hind ilahəsi libasıyla gecəyə damğa vurub. O, səhnədə "Sandcastles" və "Love Drought" mahnılarını ifa edib

Məşhur müğənnini səhnəyə anası dəvət edib. Fürsətdən istifadə edən Tina Knowles qızına sevgisini bir daha dilə gətirib.

Müğənniyə tamaşaçılar arasında əyləşən həyat yoldaşı Jay-Z və qızları Blue Ivy də dəstək olub.