Azərbaycanlı çilingər “Ukraynanın səsi” yarışmasında - Video

13 Fevral 2017 11:23 (UTC+04:00)

"Report" xəbər verir ki, Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov “Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.

AzNews.az