Əhali avrodan imtina edir

14 Fevral 2017 18:14 (UTC+04:00)

AzNews.az fins.az-a istinadən xəbər verir ki, bu, noyabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 15 939,6 min avro və ya 63,4% azdır. Belə ki, noyabrda bankların xalis avro satışı 25 122,5 min təşkil edib.

Əvvəlki ilin dekabrına nisbətən isə bankların əhaliyə xalis avro satışı 5,8 dəfə azalıb.

Qeyd edək ki, 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı ümumilikdə 266 647,6 min avro olub. Bu da əvvəlki ilin analoji göstəricisindən 3,11 dəfə azdır.