Maradonanı polis saxladı

15 Fevral 2017 17:04 (UTC+04:00)

AzNews.az goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı sabiq futbolçu yerləşdiyi oteldə rəfiqəsinə fiziki zorakılıq səbəbindən polis tərəfindən dindirilib.

Polisi nömrədə səs-küy eşidən otel meneceri çağırıb. Hadisə yerinə təcili tibbi yardım maşını da gəlib. Amma Maradonanın rəfiqəsi tibbi köməkdən və şikayət ərizəsi yazmaqdan imtina edib.