Ümumdünya antidopinq agentliyi idmançıya 8 il dopinq qəbul etməyə icazə verib - Hakerlərdən şok iddia

15 Fevral 2017 21:52 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın stend atıcılığı üzrə yarışlarda iştirak edən idmançısı 2 dəfə tamoksifen qəbuluna görə WADA-dan icazə ala bilib.

Bu preparat hormon və boyun artmasının modulyatorudur və qadağan edilmiş dərmanlar siyahısına daxildir. Tamoksifen əlavə əzələ kütləsini yığmağa kömək edir və qanda testosteronun səviyyəsini artırır.