İordaniya Senatının prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

16 Fevral 2017 11:33 (UTC+04:00)

Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir.

İordaniya II, III və IV Qlobal Bakı forumlarında da geniş nümayəndə heyəti ilə təmsil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq Baş nazir Taher əl-Masri yanvar ayında Misirdə keçirilmiş Mərkəzin Ali Səviyyəli Toplantısına da qatılıb.

Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.