“Silahlı qüvvələrdə baş verən intiharların sayı azalıb” - Hərbi prokuror

16 Fevral 2017 13:04 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O, bildirib ki, intiharın müxtəlif səbəbləri olur: “Bəzən hərbi xidmətlə bağlı məsələlər də ola bilər. Bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmir, nizamnamə ilə tələb olunan hərəkətləri eləmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər. Bəzilərində isə ailə məişət məsələləri ilə bağlı və ya şəxsi sevgi münasibətləri ilə bağlı olur. İntihar hadisəsi, ümumiyyətlə, ölümlə nəticələnən hər bir hadisə hərbi prokurorluq tərəfindən qeydə alınır və cinayət işi başlanır, istintaq olunur. Hadisədə hər hansı şəxsin günahı müəyyən olunursa o, cinayət məsuliyyətinə cəlb edilir”.