Tillersonun sözünü kəsdilər - Lavrovla görüşdə

16 Fevral 2017 20:19 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, "Təşəkkür, cənab Lavrov, mən də sizi görməyə şadam!" cümləsini deyib bitirməmiş, görüşün Amerika tərəfinin təşkilatçıları jurnalistlərdən iclas zalını tərk etməyi xahiş ediblər.

Lakin, jurnalistlər dərhal xahişi yerinə yetirməyiblər. Həmin vaxt ABŞ-ın AP agentliyinin əməkdaşı Mettyu Li Lavrova sual verməyə vaxt tapıb. O, Lavrova Vaşinqtonda baş verən siyasi canlanmanın Rusiya-ABŞ münasibətlərinə necə təsir etməsi barədə sual verib. Lavrovsa cavabında bildirib ki, biz dövlətlərin daxili işlərinə qarışmırıq.