Azərbaycan güləşçiləri Rusiya və Gürcüstan komandalarını məğlub etdi

17 Fevral 2017 00:03 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

ABŞ idmançıları ilə keçiriləcək son görüş sabah saat 9:00-da başlayacaq.