İlham Əliyev İsrailin müdafiə naziri ilə görüşüb - Yenilənib

17 Fevral 2017 18:26 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

A. Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb, İsrailin baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb.

Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

***

AzNews.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.