Arvadının üstünə benzin töküb yandırana 8 il həbs

17 Fevral 2017 17:50 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə C.Zeynalov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında C.Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında baş verib. Qəsəbə sakini C.Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.