“Oskar 2017”nin menyusu: Qonaqlar nə yeyəcək? Fotolar

18 Fevral 2017 00:02 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı baş aşpaz Volfqanq Pak fevralın 26-da qonaqları necə təəccübləndirəcəyi ilə bağlı bəzi sirrləri açıqlayıb.

Bu il Oskar menyusuna ənənəvi təamlarla yanaşı, yeniliklər də daxil olacaq. 89-cu film mərasiminə gələn qurmanlara bişmiş tuna balığından tartalet, şirin noxuddan falafel, pendirlə bişirilmiş makaronlar, duzlu krendellər, yeməli qızılla örtülmüş popkorn, manqoyla krevetlər, lobsterli hot-doqlar təqdim olunacaq. Həmçinin, yemək masasına, hisə verilmiş qızılbalıqdan düzəldilmiş mini-heykəlciklər də qoyulacaq.

Mərasim təşkilatçıları artıq, 7 mindən çox krevetka, 15 kiloqram trüfel sifariş ediblər. Masanı Frensis Ford Koppalanın şəxsi şərab zavodunda hazırlanmış içkilər bəzəyəcək.