Rusiyada axtarışda olan şəxs Azərbaycanda ələ keçirilib

18 Fevral 2017 12:53 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.