Bu barədə AzNews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarmanın operatoru Vidadi Qurbanovdur:
“Ailəsinə baş sağlığı verirəm. Məkanı cənnətlik olsun. Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən, ikisi isə yerli balıqçılar tərəfindən tapılıb.”
Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinə məxsus yaşayış budkası Xəzər dənizinə ucub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərdən yalnız ikisinin meyiti tapılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az