“Heç yerə gedəsi deyiləm” - Ziya Məmmədov

18 Fevral 2017 14:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanlayıb.

Saytımıza açıqlamasında Ziya Məmmədov hazırda evində olduğunu, istirahət etdiyini deyib: "Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.

"Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə sabiq nazir belə cavab verib: "Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”.