Millimizin üzvü “Bursaspor”dan qovuldu

18 Fevral 2017 18:07 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı xəbər yayıb.

Klubun yaydığı bəyanatda deyilir: “Futbolçularımız Sərcan Yıldırımla Dəniz Yılmaz İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə komandadan uzaqlaşdırılıblar. Hər iki oyunçuya eyni zamanda pul cəriməsi də veriləcək. İndiyə qədər sərgilədikləri oyunla gələcək planlarımızda yer alması qeyri-mümkün görünən bəzi oyunçularımızla bağlı araşdırmalarımız davam edir”.

Qeyd edək ki, Türkiyə superliqasının 21-ci turunda dünən səfərdə “Kayserispor”la keçirilən oyunun 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayan D.Yılmaz birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Həmin qarşılaşma “Bursaspor”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.