Türkiyə hərbçilərinin Rusiyaya səfər qadağası ləğv ediləcək

18 Fevral 2017 21:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra tətbiq edilib.

Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər.