160 min adam küçələrə axışdı - Avropanın mərkəzində

19 Fevral 2017 13:41 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselonada 160 mindən çox vətəndaş qaçqınlara dəstək aksiyası keçirib.

İnsanları küçələrə çıxaraq, aksiya keçirməyə Kataloniya paytaxtının meri Ada Kolau çağırıb. Aksiya iştirakçıları “Biz onlara sığınacaq verəcəyik”, “Bəhanə gətirməyin, onları buraxın” kimi şüarlar səsləndiriblər.

Yürüş Aralıq dənizinin sahillərində yekunlaşıb. Bu ərazi simvolik məna daşıyır. Təxminən, 5 mindən çox miqrant Aralıq dənizini üzüb keçməyə çalışarkən həlak olub.