AzNews.az Report-a istinadən xəbər verir ki, keçmiş komandası "Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.
Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.
Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.