Şəkidə avtomobil yandı

19 Fevral 2017 18:42 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Şəki rayonu, Qayabaşı kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.