Dəm qazı ailə faciəsinə səbəb oldu: 6 nəfər zəhərləndi - 1 nəfər öldü (Yenilənib)

20 Fevral 2017 15:06 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun ölümü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə və azyaşlı oğlu İbrahimin xəstəxanaya düşməsi ilə nəticələnən hadisənin mənzilin mətbəxindəki qaz sobasının səbəb olduğu üzə çıxıb.

Məlum olub ki, evdəki su qızdırıcısı da mətbəxdə quraşdırılıb və buradan yayılan dəm qazı mənzilə yayılıb.

Hadisə ilə bağlı ilk olaraq H.Seyidovun bacısı Pərvanə xəbər tutub. Zəhərləndiyini hiss edən qadın evdəki digər şəxsləri yuxudan oyadıb və bu zaman H.Seyidovun artıq vəfat etdiyi məlum olub.

***

12:10

Suraxanı sakini dəm qazından zəhərlənərək ölüb.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.