Vasif Talıbov və digər Naxçıvan rəsmiləri İğdırda qəza yerində olublar - Fotolar (Yenilənib)

20 Fevral 2017 23:18 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov, səhiyyə naziri Niyazi Novruzov daxildir.

Gün ərzində nümayəndə heyətimiz qəza nəticəsində yaralanan vətəndaşlarımız, onların müalicə həkimləri və xəstəxana rəhbərləri, həmçinin İğdırın rəsmi şəxsləri ilə görüşüb. Yaralıların müayinə və müalicəsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə göndərilməsi üçün bütün zəruri tədbirlər görülüb.

***

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Naxçıvan rəsmiləri xəstəxanada ağır yol qəzası nəticəsində xəsarət alan şəxslərə də baş çəkəcəklər.

Xatırladaq ki, bu gün Türkiyənin İğdır vilayətində İğdır-Naxçıvan avtomobil yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.

2 avtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.