Gürcüstan vətəndaşı Türkiyə sərhəddindən çamadanda keçməyə çalışdı

20 Fevral 2017 21:12 (UTC+04:00)

AzNews.az Doğan agentliyinə istinadən xəbər verir ki, qadın ona ölkəyə girişinə qoyulan qadağaya görə, çamadanda Türkiyəyə keçməyə cəhd edib.

Gürcüstan vətəndaşı sərhədçilərin diqqətini şübhəli davranışıyla cəlb edib. Sərhədçilər ondan çamadanı açmağı tələb edib. Nəticədə çamadanın içindən 28 yaşlı xanım çıxıb. Polis Gürcüstan vətəndaşlarını saxlayaraq dindirməyə aparıb.