Gömrükdə 4400 ədəd aksiz markasız siqaret aşkar edildi

20 Fevral 2017 22:45 (UTC+04:00)

AzNews.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin "Sınıq Körpü" gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd "Comet" adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.