Mağazalardan oğurluq edən şəxs yaxalanıb - Yardımlıda

20 Fevral 2017 23:03 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun kəndlərində vətəndaşlara məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişov saxlanılıb.

Saxlanılan şəxslər Köryədi və Alçabulaq kəndlərindəki mağazalara qanunsuz olaraq daxil olmaqla ticarət obyektlərinin əmlaklarını taladıqlarını etiraf ediblər. Onların digər oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.