Əlil arabasında “Dünya gözəli” müsabiqəsinə qatıldı - Foto

20 Fevral 2017 23:22 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı Castin Klark beynəlxalq “Dünya gözəli” müsabiqəsinə əlil arabasında qatılan ilk xanım olub.

Gənc xanım 2015-ci ildə baldırın deformasiyasına görə əlil arabasına məhkum olub. Müsabiqənin iştirakçısı hansı səbəbdən travma aldığını açıqlamayıb.

Klark qalib olacağına ümid etmir. Sadəcə müsabiqədə iştirak edə bildiyinə görə sevinir.

Klark bildirir ki, yaxın gəcələkdə Children's Charity uşaqlara yardım fonduna kömək edəcək. Həmçinin, əlillərin hüquqlarının qorunmasında yaxından iştirak edəcək.