Bu barədə AzNews.az-a açıqlamasında mərhumun oğlu Orxan Nadirov bildirib. Onun sözlərinə görə, mərasim “Heydər” məscidində keçiriləcək:
“İlhamə xanımın il mərasimi ilə bağlı onun bütün yaxınlarına məlumat verilib. Kim gəlmək istəyirsə, buyursun. Mən ancaq bu mərasimdə iştirak edəcəm.”
Orxan Nadirov fevralın 25-də mərhumun bacısı Gülbahar Quliyevanın Təzə Pir Məscidində keçirəcəyi il mərasimi ilə bağlı məsələyə aydınlıq gətirib: “Kim istəyirsə mərasim keçirə bilər. Bu sənətkara istəkdən irəli gəlir.”
Gülbahar Quliyeva mətbuata açıqlamasında mərhum İlhamə Quliyevanın il mərasiminin fevralın 25-də Təzə Pir Məscidində keçirəcəyini vurğulayıb.
Xalq artisti İlhamə Quliyeva ötən il dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az