İlhamə Quliyevanın il mərasimini keçirənlərə mesaj: “İkinizdən də zəhləsi gedirdi”

21 Fevral 2017 17:25 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında bildirib ki, Orxan Nadirovla Gülbahar Quliyeva İlhamə Quliyevanın düşmənləridir:

“Əgər İlhamə xanım bilsəydi ki, Orxan Nadirovla Gülbahar Quliyeva onun üçün il mərasimi keçirəcək, ölməzdi. Sağlığında onların heç biri ilə əlaqəsi olmayıb. İkinizdən də zəhləsi gedirdi.”

Əli Mirəliyev qeyd edib ki, bu məsələ ilə bağlı son söz Eldar İsmayılovun olacaq: “İlhamə Quliyevanın dayısı oğludur. O, hansında iştirak etsə, mən də o məclisdə olacam.”

Xalq artisti, mərhum İlhamə Quliyevanın dünyasını dəyişməsindən bir il ötür. Bununla bağlı iki mərasim keçiriləcək. Mərasimin biri fevralın 24-də oğlu Orxan Nadirov, ikincisi isə fevralın 25-də bacısı Gülbahar Quliyeva tərəfindən keçiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az