İngiltərənin ən ağır çəkili futbolçusunu klubdan qovdular - Video

21 Fevral 2017 22:10 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Sutton United - Arsenal (0-2) oyunu zamanı 45 yaşlı qapıçı ehtiyat oyunçular skamyasında oyunu izləyərkən böyük ölçüdə piroq yeyib.

Bu gün isə komandanın rəhbərliyi futbolçunun klubdan kənarlaşdırıldığını, müqaviləsinə xitam verildiyini elan ediblər.

İngiltərə mətbuatının yaydığı məlumata görə, qapıçının oyun zamanı gözlənilməz iştahasına səbəb mərc olub. Onun komanda yoldaşları mərcə giriblər.