Samiraldo filmə çəkilir - "Açıldı?"

22 Fevral 2017 16:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, O, APA TV-yə açıqlamasında bildirib ki, bu il bir ilkə imza atmağı planlaşdırır: “Bir az başım qarışıqdır. Bu yaxınlarda film çəkiləcək. Baş rolda mənəm”.

Bəli, stilist Samiraldo filmə çəkiləcək. Lakin bu, adi film deyil. Ekran əsəri Samir Əliyevin həyatına həsr olunub: “Filmin rejissoru Ceyhun Məmmədovdur. Filmin adı da “Açıldı?” olacaq”.

Komediya janrında çəkiləcək ekran əsəri Samiraldonun gündəlik həyatı barədədir. Samir Əliyev əlavə edib ki, filmdə onun yaxın adamları da iştirak edəcək. Lakin onların kimliyi hələ ki, dəqiq deyil: “Sırf təbii film olacaq. İndiki filmlərdə sünilik çoxdur. Amma burada sünilik olmayacaq. Necə ki, Misir Mərdanovla bağlı videoda təbiilik var, film də elə təbii olacaq”.

Qubada, Şəkidə və digər bölgələrdə reallaşacaq çəkilişlərə may ayında start veriləcək.