Bakıda 4 avtomobil yanıb

22 Fevral 2017 17:34 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda istifadəyə yararsız olan 4 ədəd “PEUGEOT” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.