Facebook Putinin məsləhətçisinin səhifəsini blokladı - Qalmaqal

22 Fevral 2017 19:28 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Klimenko özü bu haqda "VKontakte sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Buna səbəb, Klimenkonun öz facebook səhifəsində müəllif hüquqlarını pozan məlumat paylaşmasıdır. Prezidentin məsləhətçisi bildirir ki, bütün bunlar Stalik Xankişiyevin sosial şəbəkədəki paylaşımlarına görədir. Onlar arasında sosial şəbəkədə uzun müddətdir ki, mübahisə gedir.

"Stalik axır ki, öz istəyinə nail oldu. FB məni ban etdi və mən vkontakt-da keçirəm. Təşəkkürümü Stalikə çatdırın.",-Klimenko "VKontakte"-də belə yazıb.