Neft Daşlarında elektrik montyoru yıxılaraq ölüb

22 Fevral 2017 19:33 (UTC+04:00)

AzNews.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 22-də saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılmış, aldığı xəsarətdən keçinib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.